“QADINLARLA ÖZÜNÜ REKLAM EDƏN” – ROZADAN MƏŞHUR MEYXANAÇIYA SƏRT CAVAB – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 3
    Shares
Müğənni Roza Zərgərli ilə meyxanaçı Namiq Qaraçuxurlu arasındakı qalmaqal daha da böyüyüb.
Roza “Bakı vaxtı ilə” proqramına meyxanaçını qonaq dəvət edib. Namiq isə getməyib. Zərgərli isə ondan inciyib və onun ünvanına sərt sözlər deyib.
Daha sonra isə Qaraçuxurlu məsələyə münasibət bildirərkən, Rozanın özünü onunla reklam etməyə çalışdığını söyləyib.
R.Zərgərlini Namiqin bu ifadəsi özündən çıxarıb. Müğənni meyxanaçını təhqir edib:
“Kimsə deyir ki, Roza özünü reklam edir. Roza Zərgərlinin reklama ehtiyacı yoxdur, əzizim. Qadınlarla özünü sən reklam edirsən, mən yox”.
Qeyd edək ki, Namiq “ATV maqazin onlarla” verilişində Rozanın ünvanına “Roza xanım da gözəl bilir ki, bunu gündəmə gəlmək üçün edib. Tamaşaçıların da rəylərindən göründü ki, birmənalı şəkildə bunu nə üçün etdiyini anlayıblar. Yəni mən şərt qoymamışam ki, bu olsa gələrəm. Demişəm gəlmirəm. Səbəb soruşub. Demişəm ki, filan aparıcı bir neçə gündür xahiş edir ki, meyxanaçılarla birgə verilişə çıxın. Mən imtina etmişəm. Sizin verilişə gəlsəm, inciyəcəklər” sözlərini deyib.
///Axşam.az

 

Related Articles

+994 50 295 94 79
top