UŞAĞININ ABŞ VƏTƏNDAŞI OLMASI ÜÇÜN DOĞUŞA GEDƏNLƏRƏ BƏD XƏBƏR – TRAMP QANUNU DƏYİŞİR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Məlum olduğu kimi, bir çoxları övladının ABŞ vətəndaşı olması üçün doğuş zamanı bu ölkəyə gedir.

“Dunyabulteni.net”ə istinadən xəbər veririk ki, ABŞ prezidenti Donald Tramp isə bundan sonra əcnəbi vətəndaşlar bu ölkədə doğuş edərkən övladlarına ABŞ vətəndaşlığı verilməməsi barədə qərar verməyə hazırlaşır:

“Bir insan bura gəlib uşaq dünyaya gətirir və uşaq tam hüquqlu ABŞ vətəndaşı olur. Dünyada belə bir şey sadəcə bizdədir. Bu çox gülüncdür və buna son qoyulmalıdır. Mənə deyirlər ki, bu qərarı dəyişmək üçün konstitusiyanın dəyişməsi lazımdır. Amma bu doğru deyil. Prezidentin qərarnaməsi ilə də mümkündür”.

Qeyd edək ki, bu qanun 1868-ci ildən qüvvədədir.

Related Articles

+994 50 295 94 79
top