BAKIDA AVTOMOBİLLƏRİN PİYADA SƏKİLƏRİNİ ZƏBT ETMƏSİ PROBLEMİ HƏLƏ DƏ HƏLL OLUNMAYIB – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı şəhərində avtomobillərin piyada səkilərini zəbt etməsi problemi hələ də həllini tapmayıb.

“Report”un əməkdaşları bununla bağlı mütəmadi olaraq paytaxtın müxtəlif yerlərində müşahidələr aparıb və bu ilin may ayında hazırladığı materialda problemin ciddiliyini qeyd etmişdi. Həmin vaxt qeyri-qanuni parklanma məsələlərinə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəzarət edirdi. Bir müddət sonra isə bu istiqamətdə tədbirlərin görülməsi Bakı Nəqliyyat Agentliyinə həvalə olundu.

Belə ki, Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixində imzaladığı fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma və ya durma qaydaları pozulmaqla tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrinin mühafizə edilən duracağa aparılması (təxliyə) xidmətini təşkil etməli və həmin nəqliyyat vasitələri sürücülərinin inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görməli, habelə təxliyyə xidmətinin həyata keçirilməsinə nəzarət etməlidir.

Qeyd edək ki, BNA bu fərmanla nəzərdə tutulan səlahiyyətlərin icrasına başlamaq üçün müvafiq işlərin görüldüyünü açıqlamışdı.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, müxtəlif küçə və prospektlərdə Qanunsuz Parklanmaya Qarşı Nəzarət Kameraları yoxlanılaraq tam işlək vəziyyətə gətirilib və bu kameralar vasitəsilə dayanma və durma qaydalarına zidd olaraq saxlanılan nəqliyyat vasitələrinin qeydiyyatı aparılır.

Lakin “Report” əməkdaşlarının ötən gecə şəhərin mərkəzinin yalnız bir ərazisində apardığı müşahidələr xəbərdarlıq olunmasına baxmayaraq, problemin həllini tapmadığını göstərdi.

Related Articles

+994 50 295 94 79
top