“MƏNİM YANIMDA ŞKAF KİMİ OĞLAN DAYANMALIDIR” ŞƏBNƏM TOVUZLU – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Müğənni Şəbnəm Tovuzlu ARB TV-də yayımlanan “Səhər-səhər” verilişinin qonağı olub.

Getdiyi toy və məclislərə mühafizəçi ilə qatılan xanım ifaçı buna aydınlıq gətirib. O bildirib ki, toylardakı içkili şəxslərin artıq-əskik hərəkətlərindən qorunmaq üçün məclislərə mühafizəçisi Xəyal ilə gedir:

“Mən elə ona görə kişi məclislərinə getmirəm. Çünki içkili adam yaxınlaşıb nəsə söz demək istəyir, bu da mənə xoş gəlmir. Vasif Əzimov kimi sənətçi dostlarımla toylara gedəndə o məni qoruyur, mənə yaxınlaşıb nəsə demək istəyən sərxoş şəxslərin qarşısına kəsir. Amma şou-biznesdə bəzi kişi sənətçilər var ki bunu etmir. Mən də buna görə mühafizəçi ilə gəzirəm. Mənim yanımda şkaf kimi oğlan dayanmalıdır. Sonra da deyirlər ki, Şəbnəm yekəxanadır. Şəxsən kiminsə mənə yaxınlaşıb nəsə deməsi xoşuma gəlmir”.

 

Related Articles

+994 50 295 94 79
top