ÜÇ UŞAĞININ BAŞINI KƏSİB İNTİHAR EDƏN ANANIN BU SÖZLƏRİ QAN DONDURDU – FOTO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 2
    Shares

Adanada 3 uşağının boğazını kəsərək öldürən cani ananın məhkəmədəki ifadəsi hər kəsi dəhşətə gətirib.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səlma Cicə bildirib ki, ərinin ona etdiklərinin heyfini uşaqlarından çıxıb, daha sonra da özünü öldürmək istəyib: “ İlk öncə özümü öldürəcəkdim. Sonra düşündüm ki, mən öləndən sonra uşaqlarım pərişan olacaqlar. Ona görə ilk öncə uşaqları öldürüb intihar etmək qərarına gəldim. İlk öncə qapıları bağladım.

Uşaqlar o zaman yatırdı. Onları yuxudan oyandırıb, mətbəxdən bıçaq götürdüm. Uşaqlar bıçağı görüncə “Ana, onu neyləyirsən?” deyə soruşdular. Mən də sizi bir yerə aparıb, sonra da mən gələcəyəm dedim. Onları koridora gətirib bir-bir boğazlarını kəsdim. Sonra da biləklərimi kəsib ölməyimi gözlədim. Bir anlıq əsəblə oldu. Çox peşmanam”.

Qeyd edək ki, 26 yaşlı Selma Cicə həyat yoldaşı ilə mübahisə etdikdən sonra 6 yaşlı Mahmud, 11 yaşlı Məhmət Əmini və 9 yaşlı Səmanuru vəhşicəsinə öldürərək intihar etmişdi. Bir gün reanimasiyada qalan qadın məhkəmədə ilk açıqlamasında “Onlar da mənim kimi rəzil olmasın deyə kəsdim” deyə bildirib.

Related Articles

+994 50 295 94 79
top