“İCLASA GƏLMƏK İSTƏMİRSİNİZSƏ, GƏLMƏYİN” – MİLLİ MƏCLİSDƏ QALMAQAL

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Milli Məclisinin bugün keçirilən plenar iclasında mübahisə düşüb.

Bu, deputat Zahid Orucun məhkəmələrə hakim təyinatı layihəsi ilə bağlı çıxışı zamanı baş verib.

Z.Oruc çıxış edərkən deputat Yevda Abramov “Çox danışırsan” replikasını atıb.

Z.Oruc da deputat həmkarına “Yevda müəllim, Sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin”-deyə cavab verib.

Spiker Oqtay Əsədov isə Z.Oruca çıxışını davam etdirməyi tövsiyə edib: “Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil”.

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top