FIFA PREZİDENTİ ONA ÜNVANLANAN İTTİHAMLARI RƏDD ETDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

FIFA qurumun prezidenti Canni İnfantinovə baş katib Fatma Samuraya qarşı bir sıra kütləvi informasiya vasitələrində yer alan ittihamlarla bağlı bəyanat yayıb.

“Report”un məlumatına görə, ali futbol qurumu C.İnfantinonun UEFA-nın baş katibi olduğu dövrdə prezident Mişal Platini ilə birgə 2011-2013-cü illərdə İngiltərənin “Mançester Siti” və Fransanın PSJ klublarını maliyyə “fayr-play”ini pozduqlarına görə cəzadan yayınmaqda kömək etmələri barədə iddiaları rədd edib. Bildirlir ki, dərc olunan məlumatlar FIFA-nın yeni rəhbərliyinə inamı sarsıtmaq məqsədi güdür.

“FIFA-da islahatları qətiyyətlə həyata keçiririk. Ona görə də ciddi, xüsusən də əvvəl yer aldıqları sistemdə utanmadan qazanc götürən, indi isə bunu edə bilməyənlərin müqaviməti ilə rastlaşacağımızı öncədən də bilirdim. Ona görə də FIFA-nın prezidenti seçilmişəm və yalnız bütün dünyada futbolun inkişafına və yaxşılaşdırılmasına köklənmişəm”, – C.İnfantino bildirib.

FIFA-dan sonra “Mançester Siti” və PSJ klubları da rəsmi səviyyədə ittihamları rədd ediblər.

Qeyd edək ki, FIFA rəhbəriyinə yönələn ittihamları ilk olaraq Almaniyanın “Spiegel” jurnalı “Football Leaks” onlayın-platformasının məlumatları əsasında dərc edib.

Related Articles

+994 50 295 94 79
top