TAHİR KƏRİMLİ “QUŞ” BURAXDI, DEPUTATLAR BİR-BİRİNƏ DƏYDİ – HİMN QALMAQALI…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 3
    Shares

Bizim millət vəkilləri deyəsən, danışmağa mövzu tapmaqda əziyyət çəkirlər. Belə olmasayadı, ilin-günün bu vaxtında himnin dəyişdirilməsini müzakirə etməzdilər

Cahan.info xəbər verir ki, hətta deputat Siyavuş Novruzov, Fəzail İbrahimli də himnin dəyişdirilməsinə etiraz etdilər. Ancaq cəbhə dövründənqalma deputat Tahir Kərimli Azərbaycan himinin qısaldılması ilə bağlı təklif etdi.

Onu müqəddəs himni zədələməkdə ittiham ediblər və özü ilə bağlı bir çox ironik fikirlər irəli sürülüb.deputat T.Kərimli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, təklifinə verilən reaksiyalar onu həm sevindirir, həm də kədərləndirir: 

“Ona görə sevinirəm ki, xalq özünün müqəddəs hesab etdiyi dəyəri hiss edir, amma ona görə kədərlənirəm ki, bunu kor-koranə edir. Sanki Sabirin dövründəki xalq qiyafəsini dəyişib, başqa fərqi yoxdu.

Birincisi, bu müqəddəs dəyərdirsə, bundan əvvəl nə üçün dəyişilib. “Cümlə hazırız”, “Cümlə qadiriz” sözləri dəyişdirilib.

Üç il əvvəl dövlət rəhbərliyinin razılığı ilə bəstəkar Rauf Əliyev himni aranjeman edib, xeyli dərəcədə qısaldıb və sürətləndirib. Müqəddəs idisə, niyə dəyişdirdilər?

İkincisi, söhbət sözlərdən yox, müsiqidən gedir. Musiqinin həcmi azaldılmalıdır. İndiki xalq heç bilmir ki, “Cümlə hazırız”, “Cümlə qadiriz”, “Sənə bir çox məhəbbət” nə deməkdir. İndi pafosla, ritorika ilə deyirlər ki, müqəddəs dəyərə dəymək olmaz.

Üçüncüsü, mən məsələni belə qoymuşam ki, himndə “Üç rəngli bayrağınla məsud yaşa” təkrar olunur, iki dəfə “Azərbaycan” yazılır biz 4 dəfə oxuyuruq.

Nəqarətlər götürülsün, minor notlar çıxarılsın. Mən musiqinin qısaldılmasını, minor notların götürülməsini, mübariz əhval ruhiyyədə fon verilməsini təklif etmişəm”.

Millət vəkili Fazil Mustafa deyib ki, əslində bu himnimizə yanaşmadan asılı olan məsələdir, burda pis niyyət axtarmaq doğru deyil: 

“Marş formasında himnlər daha hərəkətli olur, misal üçün, Türkiyənin “İstiqlal marşı” və ya Rusiyanın marşı kimi. Yaxud da daha sakit tempdə ritm olur. Azərbaycan himni bir qədər marş üslubunda yazılan himn deyil deyə fərqlidir.

Amma himinin də bir standartı yoxdur. Demək olmaz ki bu himn yaxşıdır və ya pisdir. Əgər dəyər olaraq cəmiyyət qəbul edirsə, bunun geniş müzakirəsinə ehtiyac yoxdur”.

Bəstəkar Faiq Sücəddinov isə bildirib ki, 3 il bundan əvvəl Rauf Alıyev himnin tonallığını dəyişib və onun meterajını qısaldıb. Bir sözlə, aranjiman olunub “Görünür, hörmətli Tahir Kərimlinin bundan xəbəri yoxdur”.

Şair, əməkdar jurnalist Qulu Ağsəs deyib: “Mənim fikrimcə, himnə toxunmaq olmaz. “Onu iki daş arasında, tələsik yazıblar. Düzdür, himnin müəllifinin kim olması də mübahisəlidir. Cəmo Hacınski, Cəmo Cəbrayılbəyli və Əhməd Cavadın yazması ilə bağlı variantlar olsa da, Azərbaycan parlamenti bunu Əhməd Cavadın mətni kimi qəbul edib.

İndi hətta dostlarımın bəziləri təkid edir ki, bu, doğru deyil. Belə qəbul olunubsa, dəyişmək olmaz. Azərbaycanın o dövrdə yazılmış himnin mətni necə olmalı idi ki? Çoxmu şən olmalı idi?

Azərbaycan dövlətinin 300 -500 illik tariximi vardı? Sıfırdan bir cümhuriyyət qurulmuşdu və hesab edirəm ki, həmin dövr üçün çox normal sözlərdir”.

Cahan.info xəbər verir ki, sovet dövründə Üzeyir Hacıbəyovun onlar üçün yazdığı himndə də major idi və 5 dəqiqədən artıq idi.

Zamanın burda heç bir önəmi yoxdur. Bu gün daha vacib işlər var və onlarla məşğul olmaq lazımdır. Himn artıq formalaşıb.

Hələ biz himnin sözlərini tam hamıya əzbərlətməmiş, bir də buna dəyişiklik edib, bu məsələyə baxsaq, aləmi qatarıq bir-birinə. Cümhuriyyətin yadigarı olan dəyərlərə toxunmaq olmaz.

Xalq cümhuriyyətinin, Üzeyir bəyin yaratdığı bir əsər kimi Azərbaycanı təmsil etmək gücünə malikdir. Kifayət qədər də əzəmətli səslənir.

“Sputnik Azərbaycan” agentliyinin əməkdaşı, jurnalist Rumiyyə Miraslan: “Fikrimcə, Parlamenti boşuna zəbt etmiş, heç bir fəaliyyəti gözə dəyməyən, mahiyyətsiz deputatlardan biri də Tahir Kərimlidir. İndiyədək ancaq boş, mənasız fikirlər səsləndirməklə məşğuldur.

Aşığın sözü bitəndə, “nanay-nanay” edir, bizim bu deputat da həmişə danışmağa söz tapmayanda bir “quş” buraxır. Elə zənn edir ki, millət də düşüb o “quşu” tutmağa çalışacaq. Bununla Tahir Kərimli demək istəyir ki, Parlamentdə mən də varam.

Himnimizə gəlincə isə, onu elə KİŞİLƏR yaradıb ki, bu gün himn üzərində hər hansı bir dəyişiklik etmək üçün ən azı onların ayağının tozu olmaq lazımdır.

Kim ki, özünü dahi Üzeyir Hacıbəyovun, Əhməd Cavadın ayağının tozu hesab edirsə, buna cəhd eləsin! Mən bir vətəndaş olaraq Himnimiz səslənəndə qürur duyuram, köksüm qabarır!”

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent: ““Bilirsiz, mənə maraqlıdır ki, Milli Məclisdə gündəmdə olan sosial problemlər, hüquqi məsələlər və digər mövzular barədə yüzlərlə təklif qalarkən niyə dövlət himni müzakirə edilir.

Məgər Milli Məclisdə oturan və bu təklifi irəli sürəni dəstəkləyənlər “1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz, qanunla istifadə etdiyimiz dövlət himnidir və bir də Azərbaycanın dövlət bayrağıdır”deyən mərhum Heydər Əliyevin bu sözlərini unudublar?

Bu gün Milli Məclisdə əyləşən Tahir Kərimli, Araz Əlizadə toxunulmazlıq hüquqlarından istifadə edib dövlətin ən ali dəyərlərinə belə münasibət göstərməklə özlərinin birbaşa Konustitutsiyanı pozduqların bilmirlər?

Əgər dövlət rəmzi olan himnimizə bu cür münasibət varsa cinayət məsuliyyəti daşıyır. Çünki dövlət rəmzlərinin təhqir olunmasına görə qanunda cinayət məsuliyyəti nəzərdə tutulub.

Related Articles

+994 50 295 94 79
top