“DƏRHAL XƏRCLƏRİ AZALTMALIYIQ” – BÜDCƏNİ GÖZLƏYƏN RİSKLƏR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
“Yeni büdcə qaydamız neftdən asılılığın azaldılmasına yönəlib. Yəni, neft qiymətləri aşağı düşdükdə, biz dərhal xərcləri azaltmamalıyıq. Çünki bu ikinci zərbə kimi endirilmiş olacaq”.
Bunu Milli Məclisdə Azərbaycanın 2019-cu il büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib. Nazir bildirib ki, yeni büdcə qaydasına riayət etsək, özümüzü təhdidlərdən qorumuş olacağıq. Belə ki, iqtisadi siyasətimizi həyata keçirməkdə diqqətli olmalıyıq.
S.Şərifov qeyd edib ki, Dövlət Neft Fondundan büdcəyə transfert tədiyyə balansının, valyuta bazarının tənzimlənməsində böyük rola malikdir.
“Fond valyuta bazarına müyyən səviyyədə vəsait çıxarmalıdır ki, bazarda xarici valyutaya tələbat tam və dolğun təmin olunsun. Bu məsləni də nəzərdən qaçırmamalıyıq. Belə ki, transfert dövlətin xərclərinin orta və uzunmüddətli intizamlı həyata keçirilməsinə xidmət edirsə, digər tərəfdən böyük həcmdə xarici valyutanın bazara çıxarılmasının qaşısını almalı və eyni zamanda, həmin optimal səviyyəni qarşılamalıdır”.
Bundan başqa, nazir gəlirlərlə bağlı risk faktorlarını sadalayıb: “Yeganə risk faktoru digər neft gəlirlərindən əldə ediləcək daxilomalarımız ola bilər. Söhbət mənfəət vergisindən gedir. Bunun da ödəyiciləri SOCAR-dır. SOCAR-ın isə xarici valyutada daxilolmaları o qədər yüksək deyil. Əvvəl daha çox xam nefti, neft məhsullarını xarici bazarlara yönəldirdisə, hazırda daxili istehlakımız kifayət qədər yüksək sürətlə atrır. Nəticə etibari ilə daxili bazarda məhsullarını satır. Daxili bazarda isə vergilərimiz Vergilər Nazirliyi tərəfindəın müvafiq qaydada yığılacaq”.
O qeyd edib ki, digər risk neftin qiymətinin azaldığı təqdirdə beynəlxalq konsorsiumlar tərəfindən ödənilən mənfəət vergisinin azalması ola bilər.
“Biz də bunu əhəmiyyətli risk kimi qiymətləndirmirik.”,- deyə nazir qeyd edib.

Related Articles

+994 50 295 94 79
top