“BAKU STELL COMPANY”DƏ KÜTLƏVİ İXTİSAR – ŞİRKƏT MÜƏSSİSƏLƏRİNİ BİR-BİR BAĞLAYIR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Ölkənin iri şirkətlərindən olan “Baku Steel Company”də maliyyə böhranı yaşanmaqdadır. Bu barədə şirkətdəki mənbələrdən informasiya daxil olub. Hətta iddia olunur ki, şirkət fəaliyyətini tamamən dayandıra bilər.

Bu faktı şirkətin çalışanları da təsdiqləyirlər və onlar da hələlik nələrin baş verdiyini tam olaraq anlaya bilmirlər. Redaksiyamıza müraciət edən “Baku Steel Company”nin işçilərindən birinin sözlərinə görə, artıq onlarla işçi öz hesabına qeyri-müəyyən vaxta qədər məzuniyyətə göndərilib.

Müraciət edən vətəndaş bildirir: “Artıq 2 həftədir ki, “Baku Steel Company” şirkəti müəssisəmizin qapılarına plomb vurub. Rəhbərlik 250-yə yaxın işçini öz hesablarına məzuniyyətə göndərib, yəni ödəniş edilmədən.

Biz metal əridib Sumqayıtda yerləşən və “Baku Steel Company”nin nəzdində fəaliyyət göstərən “Azərboru” zavoduna xammal göndərirdik. Onlar da bildirirlər ki, artıq Sumqayıtda da boru istehsalı dayandırılır və işçilər bizim kimi – öz hesablarına müddətsiz məzuniyyətə göndərilirlər”.

Sumqayıtda fəaliyyət göstərən sözügedən boru zavodunun 450-yə yaxın işçisi var. Bu isə o deməkdir ki, yeni işsizlər ordusu yaranır…

Şirkətlə bağlı nələrin baş verdiyini öyrənməyə çalışacağıq. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

DİA.AZ

Related Articles

+994 50 295 94 79
top