İCRA BAŞÇISI SƏLƏFİNİN KADRINI VƏZİFƏDƏN UZAQLAŞDIRDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Beyləqan rayon İcra hakimiyyətinin yeni başçısı Asif Ağayevsələfi Vaqif Abdullayevin yaxın kadrını vəzifəsindən azad edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Asif Ağayevin müvafiq əmri ilə, başçının köməkçisi vəzifəsində çalışan Məmmədov Tofiq Canbaxış oğlu vəzifəsindən kənarlaşdırılıb. Beyləqan rayon İcra hakimiyyətinin yeni başçısının digər əmri ilə, Tofiq Məmmədov İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsinə təyin olunub. Hələlik Beyləqan rayon İcra hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyinat yoxdur.
Qeyd edək ki, xəbəri Beyləqan rayon İcra hakimiyyətindən təsdiqləyiblər.

Related Articles

+994 50 295 94 79
top