MİLLƏT VƏKİLİ QÜDRƏT ŞÜKÜROVUN HAMAMINDAN DANIŞDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürovsahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?

Bunu Milli Məclisin (MM) komitələrinin büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır.

“Buna nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”, – deyə o əlavə edib.

Related Articles

+994 50 295 94 79
top