UŞAQ BAĞÇALARI TƏHSİL NAZİRLİYİNƏ VERİLSİN – OMBUDSMANDAN TƏKLİF

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
“Təklif edirəm ki,bağçalara nəzarət icra hakimiyyəti orqanlarından alınaraq Təhsil Nazirliyinə verilsin. Bunun çox böyük əhəmiyyəti var”.
Bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirələri zamanı deyib.
O bildirib ki, həqiqi hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə, ehtiyatda və istefada olan hərbi qulluqçulara kompensasiya verilməsi prosesi tam başa çatdırılmalıdır.
“Hesab edirəm ki, bu çox vacib məsələdir. Həmçinin mənzil kirayəsinin qiyməti xeyli artdığına görə, həmin şəxslərə (ehtiyatda və istefada olan hərbi qulluqçular), indiki hərbi qulluqçulara ayrılan kirayə pulunun artırılması zəruridir”.
modern.az

 

Related Articles

+994 50 295 94 79
top