MƏKTƏB DİREKTORU ƏXLAQSIZ SÖYÜŞLƏR SÖYDÜ- HADI RƏCƏBLİYƏ ARXAYINDIR? İTTİHAM

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 3
    Shares

Siyəzən rayonu 6 saylı liseyinin direktoru vəzifə səlahiyyətlərini aşması bir yana 24saatxəbər.com saytının müxbürinə əxlaqsız söyüşlər söydü.
Saytımıza daxil olan məlumatda bildirilir ki, Siyəzən rayonu, 6 saylı liseyin direktoru Yeganə Əliyeva təssərrüfat məsələləri üzrə direktor müavini Əhmədov Şamil Rüstəm oğlu barəsində qanuna zidd qərar qəbul edilərək,onu işdən azad etmişdir.
Araşdırma nəticəsində aydın olmuşdur ki, Əhmədov Şamil Rüstəm oğlu həqiqətən Siyəzən rayon sakini, 6 saylı liseyin təssərrüfat məsələləri üzrə direktor müavini vəzifəsindən, direktor Əliyeva Yeganə xanımın 31.08.2018-ci il tarixdə, 89 saylı daxili əmri ilə işdən azad edilmişdir.
Lakin bu günlərdə aydın olub ki, Əhmədov Şamil Rüstəm oğlu işdən azad olunsada, direktoru Yeganə Əliyeva təssərrüfat məsələləri üzrə direktor müavini Əhmədov Şamil Rüstəm oğlunuda sistemdə saxlayaraq onu ölü canlar siyahısına qataraq, onun maaşını mənimsəmişdir. Bunulada o dövlət vəsaitini talamışdır.
“Məsələ ilə əlaqədar 6 saylı liseyin direktoru Yeganə Əliyeva ilə əlaqə saxladıq. Yeganə Əliyeva ilə etik davranış kodeksinə uyğun olaraq, salam verib müsahibə istədik. Az sonra Yeganə Əliyeva özü mənə zəng elədi. Ondan sorüşdum ki, sizi əmək müfəttişliyi Əhmədov Şamil Rüstəm oğlu barəsində qəbul etdiyiniz qərara görə cərimə edib, bu barədə nə deyə bilərsiz. Məktəb direktoru küçə söyüşləri ilə məni təhqir etməyə başladı. Bu cürə əxlaq sahibi necə olur ki, minlərlə şağird və müəllim kollektivinə rəhbərlik edir. Biz Təhsil Nazirindən hesabat tələb edirik” deyə Cəmil Hacıyev bildirmişdir.
Qeyd edirik ki, məktəb direktoru dəfələrlə Milli Məclisin deputatı Hadi Rəcəbli ilə şəkillərini statusa qoyaraq bildirmişdir ki, ona heç kim heç nə edə bilməz. Məsələ ilə əlaqədar Təhsil Nazirliyi ilə əlaqə saxlasaqda edilən zənglərə cavab verən olmadı.
Təhsil Nazirliyi məsələyə münasibətini işiqlandırmağa hazırıq.

24saatxəbər.com

Related Articles

+994 50 295 94 79
top