AZƏRBAYCANDA VƏZİFƏLİ ŞƏXS AVTOMOBİLİNİ GÖLƏ AŞIRARAQ ÖLDÜ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 5
    Shares
Qusar rayonunda ağır yol qəzası baş verib.
Yenilik.az”Report”a istinadən xəbər verir ki, hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində, rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Həzrə kənd sakini Vəlixan Vəlixanov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb.
Nəticədə avtomobilin sürücü V.Vəlixanov suda boğularaq ölüb. Avtomobildə olan daha 3 sərnişin xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Related Articles

+994 50 295 94 79
top