OĞLU AMALİYA PƏNAHOVANIN SON VƏSİYYƏTİNİ DİLƏ GƏTİRDİ: “ANAMIN ADINI…” – FOTO/VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 5
    Shares

Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahovanın Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi başa çatıb və o, dəfn olunub.

Publika.az xəbər verir ki, tədbirin sonunda mərhum sənətkarın oğlu İlqar Muxtarov səhnəyə çıxaraq Xalq artisti ilə vidalaşmağa gələn hər kəsə, həmçinin ailəsinin adından Prezidenti İlham Əliyevə və birinci-viste prezident Mehriban Əliyevaya təşəkkür edib.

Daha sonra isə o, Amaliya xanımın arzularını dilə gətirib.

“Əminəm ki, Bələdiyyə Teatrı gələcəkdə də öz tamaşaları ilə teatrsevərləri sevindirməyə davam edəcək və anamın adını yaşadacaq”.

Noyabrın 8-də xərçəng xəstəliyindən vəfat edən Xalq artisti Amaliya Pənahova “Qurd qapısı” qəbiristanlığında dəfn edilib. 73 yaşlı mərhum aktrisa vəsiyyətinə uyğun olaraq həyat yoldaşı Yusif Muxtarovun yanında torpağa tapşırılıb.

 

Related Articles

+994 50 295 94 79
top