QARDAŞLARI ELMAR VƏLİYEVİN BORCLARINI BAĞLAMAĞA BAŞLADI – GƏNCƏ PROKURORLUĞUNA SABİQ BAŞÇIDAN KÜTLƏVİ ŞİKAYƏTLƏR GEDİR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 13
    Shares

Bir neçə ay əvvəl sui-qəsd cinayətinə məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən şəhərin yeni rəhbəri Niyazi Bayramova edilən şikayətlər Gəncə Şəhər prokurorluğuna yönəldilir.
Bu barədə Gununsesi.org-a Gəncədəki mənbələr məlumat verib. Məlumatda bildirilir ki, şikayətçilər əsasən sahibkarlar və şəhərin müxtəlif yerlərində torpaq sahəsi almaq istəyənlərdi.
Bundan başqa şəhərin abadlaşdırılması adı ilə inşaat mağazalarından nisyə alınmış materialların pullarını ala bilməyən sahibkarlar da şikayətçilər arasındadır.
Araşdırma zamanı o da bəlli olub ki, artıq bu məsələlər ali rəhbərliyin diqqətini çəkdiyindən sabiq icra başçısının yaxınlarına vətəndaşları razı salmaq göstərişi verilib.
Məlumata görə, Elmar Vəliyevin qardaşları artıq onun borclarından bir qismini bağlamağa məcbur olub.

Daha ətraflı geniş araşdırmamızı gözləyin.

Gununsesi.org

Related Articles

+994 50 295 94 79
top