VƏTƏNDAŞLAR VAHİMƏDƏ: PARKDAKI OTURACAQLARA QANLI ŞPRİS BAŞLIQLARI SANCILIB? – DİN-DƏN AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Daxili İşlər Nazirliyi (DİN) bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib.

Yenilik.az-ın məlumatına görə, Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report” deyib ki, parklardan birindəki oturacaqlara sancılmış qanlı şpris başlıqlarının aşkarlanmasını əks etdirən fotolar yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və nəticədə məlum olub ki, qeyd olunan fotonu Bakı şəhər sakini olan bir nəfər xarici dövlətlərdən birində yaşayan başqa bir şəxsin səhifəsindən götürərək öz instagram səhifəsində paylaşıb. Həmin fotoların hansı ölkədə çəkildiyi də müəyyən edilib.

Related Articles

+994 50 295 94 79
top