AZƏRBAYCANDA İKİ QURUM LƏĞV EDİLDİ, YENİ MƏRKƏZ YARADILDI – BAŞ NAZİRDƏN QƏRAR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yaradılması haqqında qərar qəbul edib.
Bu barədə sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilib və onların əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin işçilərinin say həddi 94 ştat vahidi müəyyən edilib.
Mədəniyyət Nazirliyinə bir ay müddətində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Əsasnaməsini və strukturunu təsdiq etmək və bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırığı verilib.

Related Articles

+994 50 295 94 79
top