İLHAM ƏLİYEV DÖVLƏT GÖMRÜK KOMİTƏSİ İLƏ BAĞLI SƏRƏNCAM İMZALADI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama görə, Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:

Dövlət Gömrük Komitəsinin sədri;

Kollegiyanın üzvləri:

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini;
Dövlət Gömrük Komitəsi sədrinin müavinləri;
Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri;
Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi;
Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi;
Bakı Baş Gömrük İdarəsinin rəisi;
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Related Articles

+994 50 295 94 79
top