SABİQ NAZİRİN QARDAŞININ NƏDƏN İTTİHAM OLUNDUĞU MƏLUM OLDU

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bugünlərdə Azinforum.az Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun Bakı şəhərində həbs edildiyinə dair məlumat vermişdi. (Həmin yazını bu linkdən oxuya bilərsiniz).

Qeyd edək ki, hazırda həbsdə saxlanılan Əvəz Əhmədov Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olub. Əldə etdiyimiz dəqiq məlumata görə, sabiq nazirin qardaşına Cinayət Məcəlləsinin iki maddəsi – 182 (hədə qorxu ilə tələb etmə) və 145 (qanunsuz azadlıqdan məhrum etmə) ilə rəsmi ittiham elan olunub və o, hazırda Kürdəxanıdakı 1 sayı Bakı İstintaq Təcridxanasında saxlanılır. Bildirilir ki, Əvəz Əhmədov əvvəllər iş birliyində olduğu hansısa bir iş adamının şikayəti əsasında həbs edilib. Qeyd edək ki, bir müddət əvvəl, onunla bir türk iş adamı arasında olan narazılıqla bağlı mediada məlumatlar dərc edilmişdi. Şikayətin həmin əcnəbi iş adamı tərəfindən verilib-verilmədiyi barədə hələ ki, nəsə məlum deyil. Məlumatla bağlı rəsmi qurumların da mövqeyini öyrənməyə çalışacayıq.

 

Related Articles

+994 50 295 94 79
top