21 YAŞLI OĞLAN DAĞINTILAR ALTINDAN ÇIXARILDI – DƏHŞƏTLİ VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 1
    Share
Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından bir nəfər sağ çıxarılıb.
Yenilik.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
Onun sözlərinə görə, dağıntılar altından çıxarılan şəxs hərbi qulluqçu olduğu üçün hazırda hərbi hospitala yerləşdirilib.
P.Əbubəkirov əlavə edib ki, hadisə nəticəsində dünyasını dəyişən şəxs də hərbçi olub.
Nazirlik sözçüsü bildirib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.
* * *
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.
AZXEBER.COM xəbər verir ki, partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin apardığı axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

 

Related Articles

+994 50 295 94 79
top