BƏRDƏ RAYON SAKİNİ VERGİLƏR NAZİRİNDƏN HAQQ-ƏDALƏT İSTƏYİR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Respublikasının Vergilər Naziri cənab Mikayıl Cabbarova Bərdə rayonu Gərənə kənd sakini Şəmilzadə Nicat tərəfindən
AÇIQ MƏKTUB Hörmətli cənab Nazir! Mən Şəmilzadə Nicat 10 sentyabr 2018 ci il tarixdə 11 saylı Ərazi Vergilər İdarəsinin Operativ Nəzarət bölməsinin rəisi Mətləb Abbasovun mənə qarşı etdiyi haqsız tələbləri,qanunsuz hərəkətləri, sahibkarları sıxışdıraraq əlavə haqq alması və onlarla iri ticarət obyektlərini vergidən yayındıraraq onlardan aylıq hesab almaları barədə şikayət ərizəsi yazmışdım. Ərizəm Sizə daxil olan kimi dərhal reaksiya verildi, ərizədə göstərilən nöqsanları araşdirmaq üçün rayona Nazirliyin Daxili Nəzarət Departamentinin təhqiqatçıları gəldi və 10 gün araşdırma aparıb getdilər və mənə də bildirdilərki bir ay müddətində sənə cavab veriləcək. Nazirliyin Katibliyinin Baş Direktoru xanım Nigar Alimovanın imzası ilə mənə bildirildi ki, ərizəniz Daxili təhlukəsizlik departamentində (icraçi şəxs -təhqiqatçı Altun Mirhəşimov əlaqə telefonu( 012 403-80-53)baxılır.Müraciətinizə baxılmasının nəticəsi barədə Sizə qanunla müəyyən edilmiş müddətdə cavab veriləcəkdir. İndi həmin vaxtdan iki aydan artıq vaxt kecməsinə baxmayaraq nə qanunla, nə də qanundan kənar cavab ala bilmirəm.Mənə bildirilən telefon nömrəsinə hər gün 5-10 dəfə zəng edirəm telefonu acmırlar, açanda isə səsimi eşidib kənara qoyurlar.Telefon nömrə yazan olduğu üçün nömrəni görub açmırlar. Əksinə mənim zənglərim barədə Mətləb Abbasova məlumat ötürürlər ki, gündə necə dəfə ora zəng eləmişəm. Odur ki, Sizdən xahiş edirəm mənim müraciətimə baxılıb baxılmaması barədə məlumat verilməsinə köməklik edəsiniz.
Hörmətlə: Şəmilzadə Nicat Bərdə rayonu Gərənə kəndi

Qarşı tərəfin fikrini dinləməyə hazırıq!

azsiam.info

Related Articles

+994 50 295 94 79
top