NAZİR PARTLAYIŞ BAŞ VERMİŞ BİNADA – FOTO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Gəncə şəhərinin Kəpəz rayonunda 4 mərtəbəli yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gediblər.
Bu haqda AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub. O, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.​
Xatırladaq ki, hadisə nəticəsində dağıntılar altında qalmış 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər isə yaralı vəziyyətdə tapılaraq, xəstəxanaya yerləşdirilib.

Related Articles

+994 50 295 94 79
top