“Məmurların mülkləri satılıb pulları şəhid ailələrinə verilsin” təklifi qeyri-ciddidir – DEPUTATDAN ETİRAZ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Deputatın istəyi ilə keçmiş məmurların mülki müsadirə olunmur, bunun üçün dövlət və məhkəmə var, qərarları onlar verirlər. Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev həmkarı Fəzail Ağamalının “bəzi keçmiş məmurların mülkləri satılıb pulları şəhid ailələrinə verilsin” sözlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, millət vəkilləri yalnız təklif verə bilər: “Bir çox deputat vəsaitin mənbəyin bunda görürlər. Həmin təklifin irəli sürülməsi problemli məsələdir. İndi təklifdi verilir, məndən də soruşsalar başqa təklif verərəm. O adamın nə qədər günahı olsun ki, məhkəmə onun mülkini müsadirə etmək barədə qərar çıxarsın. Müsadirə edilmiş mülklərin satışa çıxarılması və s. təklif olunur. Gəlin bu işə ciddi baxaq. Milli Məclisin qarşısına insanlar yığılanda, şikayətçilər gələndə adamın ürəyi ağrıyır. Adam da bir az emosional olanda gəlib Milli Məclisdə həmin emosiyasını sözlə ifadə edir”.

Milli Məclis aparatının işçilərinin məvaciblərinin artırılması təklifinə gəlincə, R.Quliyev bildirib ki, əmək haqları ilə bağlı müəyyən standartlar var: “Məsələn Prezident aparatında işçilərin məvaciblərinin müəyyən standartları var. Təklif edildi ki, həmin standartlar qədər olmasa da, Milli Məclis işçilərinin maaşı ona yaxın olsun. Yəni parlamentin işçiləri, deputatların özləri də onlara həddindən artıq kömək edirlər.Bu baxımdan təklif edildi ki, Milli Məclisin işçiləri üçün də tarif səbəti olsun”.

Millət vəkli əlavə edib: “Hökumət imkan daxilində deputatların ezamiyyətləri üçün artıq pul ayıra bilsə, həm ölkədə xarici qonaqları rahat qəbul edərik, həm də xaricdə daha fəal iş apara bilərik. Milli Məclis qurum kimi Azərbaycanın beynəlxalq nüfuzunun qaldırılması, problemləri həll etmək üçün Xarici İşlər Nazirliyindən heç də az iş görmür. Diplomatiyanın bir qolu varsa, bizim on qolumuz var. Heç kəs kəskin formada nəyisə tələb edə bilməz. Təkliflər verilə bilərik ki, gördüyümüz işləri nəzərə alsınlar. Erməni lobbiçiliyi ilə dünya səviyyəsində mübarizə aparmaq üçün beynəlxalq təşkilatlardakı adamlarla daha çox təmasda olmaq lazımdır. Onların gücündən istifadə etməklə ermənilərin lobbi fəaliyyətinə üstün gəlməliyik. Bunun üçün xaricə gedən deputatların sayı daha çox olmalıdır. Təklif edirik ki, bu sahəyə daha çox vəsait ayrılsa yaxşı olardı. Son dövrlər şəxsi münasibətlər ön plana çıxır. Bunu nəzərə almaq lazımdır”. (sonxeber.az)

Related Articles

+994 50 295 94 79
top