Qara Qarayev: Azərbaycan himni bu qədər fitə basılmamışdı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev Millətlər Liqasının VI turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra matç haqqında fikirlərini bölüşüb.
Yenilik.az Oxu.Az-a istinadən xəbər verir ki, mətbuat konfransında məğlubiyyətlə yanaşı, kosovolu azarkeşlərin himnimizi fitə basması müzakirə mövzusu olub.
“Heç bir stadionunda Azərbaycan himni bu qədər fitə basılmamışdı. Bu yaxşı hal deyil. Bakıya gələndə xalqımız onları normal qarşılayıb. Siyasi məsələlərdən asılı olmayaraq, kosovoluları yaxşı qarşıladıq. Etdikləri hərəkət öz adlarına problem olar. Dövlətini sevən adam başqa himnləri fitə basmaz. Bu hal futbolçularımız qıcıqlandırdı”,- deyə o bildirib.

Related Articles

+994 50 295 94 79
top