Məhkəmə Saakaşvilinin həbsi ilə bağlı QƏRAR VERDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Tiflis Apelyasiya Məhkəməsi keçmiş prezident Mixail Saakaşvili barəsində birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda iş üzrə prokuror Arçil Tkeşelaşvili bildirib.

Tiflis şəhər məhkəməsi bu ilin iyununda Saakaşvili barəsində 6 il qiyabi həbs cəzası çıxarmışdı. Keçmiş prezident 2005-ci ildə sabiq deputat Valeri Qelaşvilinin döyülməsində ittiham olunur.

Arçil Tkeşelaşvilinin sözlərinə görə, məhkəmə Saakaşvili üçün cəzanın sərtləşdirilməsi haqqında prokurorluğun xahişini təmin etməyib.

Related Articles

+994 50 295 94 79
top