SABİQ NAZİR MÜAVİNİ İŞDƏN ÇIXARILMASINDAN DANIŞDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 2
    Shares
Xəbər verdiyimiz kimi, Prezidentin səəncamı ilə energetika nazirinin müavini Natiq Abbasov vəzifəsindən azad edilib.
Yenilik.az report-a istinadən xəbər verir ki, sabiq nazir müavini dövlət başçısının onunla bağlı sərəncamına münasibət bildirib və vəzifəsindən öz istəyi ilə azad edildiyini deyib:
“Əsəblərimlə bağlı bir qədər narahatlığım var idi. Ona görə də işdən çıxmaq istədim. Müraciətimə müsbət yanaşdığına görə, prezidentə təşəkkür edirəm. Hər zaman bu dövlətlə, bu siyasətlə həmrəyəm. Bundan sonra harada və necə çalışacağımı zaman göstərər. Bu dövlət məni yetişdirib, hara istəsə ora da gedəcəyik”.
N.Abbasov nazir nazir Pərviz Şahbazovla münasibətlərinin yaxşı olmaması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Baxmayaraq ki, sərəncam bir neçə gündür verilib, amma indi işdəyəm, sənədlərimi yığıram. Yəni mən küsüb gedənlərdən, qovulanlardan deyiləm. Nazir çox gözəl insandır və onunla heç bir problemim olmayıb”.

Related Articles

+994 50 295 94 79
top