Tramp İrəvanı əraziləri qaytarmağa MƏCBUR EDƏCƏK

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Tramp Administrasiyası seçkidən sonra Ermənistandan əraziləri qaytarmağı tələb edəcək”.

Bu barədə Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbəri Aram Hambaryan deyib.

Onun sözlərinə görə, Vaşinqton Qarabağ məsələsində İrəvana təzyiq etməyə hazırlaşır.

“Con Bolton İrəvanda münaqişənin həlli üçün Ermənistanın mümkün güzəştlər etməsi haqqında danışdı, lakin eyni mövqeni Azərbaycanda sərgiləmədi. Əgər biz Boltonun bu açıqlamasına ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin diplomatik missiyasını başa vuran zaman dediyi “münaqişənin istənilən həll variantı ərazilərin qaytarılması ilə nəticələnəcək” sözləri kontekstində baxsaq, belə görünür ki, Vaşinqton münaqişə tərəflərinə bərabər münasibət göstərmir. Bu, onu deməyə əsas verir ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkilərindən bir ay sonra (bu, 2019-cu ilin 9 yanvarından sonrakı dövr deməkdir) ABŞ İrəvandan iki şeyi tələb edəcək: birincisi, İranın təcrid edilməsi siyasətinə aktiv şəkildə qoşulmaq, ikincisi, Ermənistanın əraziləri Azərbaycana qaytarması. ABŞ bunun üçün İrəvana təzyiq göstərəcək”, – deyə o bildirib.

Related Articles

+994 50 295 94 79
top