“Xəzər” Səhmdar Cəmiyyəti sakinləri Allahın ümidinə buraxıb…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Sumqaylt şəhərində şəhərin mərkəzində – icra hakimiyyətinin yanında Heydər Əliyev prospektində 2006-cı ildə inşa edilmiş 11 mərtəbəli binanın sakinləri şikayət əriəsi ilə müraciət ediblər. Onlar binanı inşa edən şirkətin rəhbərliyindən şikayət edirlər.

Narazı vətəndaşlar yazır: “İndiyə qədər yaşadığımız binada nə lift, nə də qaz var. Su ancaq gecələr az-az gəlir. Halbuki ucqar kəndlərdə belə qaz, su çəkilib. Çoldən binamız gözəl görünsə də, içi bu vəziyətdədir. Hər an uşaqlar yıxıla bilər. Binaın blokunun nə qapısı, nə də fərli pilləkəni var. Zirzəmi natəmiz pis vəziyətdədir. Əsas o deyil, əsas liftin olmamağıdır. Liftin qapıları belə yoxdur”.

Sakinlər bildirir ki, bina 2006-cı ildə “Xəzər” Səhmdar cəmiyyəti tərəfindən inşa olunub. Qurumun sədri Qüdrət Kərimova dəfələrlə müraciət etsələr də bir xeyri olmur: “Tikib binanı, təhvil vermiyib. Rahat oturub evində. Dərdimizi kimə deyək – bilmirik”.

DİA.AZ

Related Articles

+994 50 295 94 79
top