Nuri duet ortağı ilə evləndiyini etiraf etdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Məşhur müğənni Nuri Sərinləndirici duet ortağı Jane Şirokihlə gizli evləndiyini etiraf edib. O, bu barədə Nanə Ağamaliyevanın aparıcılıq etdiyi “Şou ATV” proqramına qonaq olarkən danışıb.

“Mənə çox insan deyə bilər ki, siz hər yanda dost olduğunuzu deyirdiz. Amma həyat elə gətirdi ki, biz ailə qurduq. Şəxsi həyatım barədə istəməmişəm ki, çıxıb efirdə danışım. Toyumuz Dominikanda olub, orada nikah bağlamışıq. Anamın səhhətinə görə təmtəraqlı məclis etmədik. İndi Janedən oğlan övladım dünyaya gəlib” -deyə N. Sərinləndirici qeyd edib.

Related Articles

+994 50 295 94 79
top