Fazil Məmmədovun şirkətlərindən biri ləğv olunur – Rəsmi

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Synergy Sport” MMC ləğv olunduğunu elan edib

“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 55, mənzil 23 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Synergy Sport” 2013-cü ilə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkət “Synergy Group” MMC-yə daxildir.

İstiqlal.az-ın məlumatına görə, “Synergy Group” MMC sabiq vergilər naziri Fazil Məmmədova məxsusdur.

Related Articles

+994 50 295 94 79
top