Əhəd Abıyev qəza xəbərini təkzib etdi: Şou yaradırlar – YENİLƏNİB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Ölkə mətbuatında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin avtomobil qəzasına düşdüyü bildirilir.

Unikal.org-a açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı yayılan xəbərləri yalan adlandırıb və bu xəbəri yayan jurnalisti təhqir edib:

“Mən burada deputatla qəbuldayam. FHN-lə birgə Daşkəsən rayonunda tədbir keçiririk. Biz seçicilərlə görüşdəyik və belə bir şey yoxdur. Şou yaradırlar”.

11:20

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu “Toyota” markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn “VAZ-21099” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

+994 50 295 94 79
top