Ağdamda kiçik məmurun böyük biznesi

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Sual verirlər ki, rüşvətlə korrupsiyanın fərqi nədir.

Mozalan.az bu suala ətraflı cavab verir- Rüşvət odur ki,qanunla görməli olduğun işi pul alıb sonra həll edirsən.

Korrupsiya isə dövlətin pulun silirsən , heç nə də etmirsən. Yaxud görüntü xətrinə xırda şeylə baş aldadırsan.

Məlumdur ki, Ağdamda məmur və vətəndaş arasında ciddi şəkildə sosial uçurum hiss olunmaqdadır. Orta təbəqənin demək olar ki, yox edildiyi bu rayonda son illərdə xırda məmurlar nədənsə oliqarxlaşma istəyinə düşüblər. Ağdam barədə bir qədər məlumatı olan şəxslər təsdiqləyə bilərlər ki, vətəndaşları dövlətdən və hakimiyyətdən uzaq salmağı özünün vəzifə borcu hesab edən məmurlardan biri və bəlkə də birincisi rayon suvarma sistemləri idarəsinə uzun illər rəhbərlik edən Hafiz Əzimzadədir. Rayon əhalisi onun barəsində danışarkən hiss olunur ki, H. Əzimzadə artıq Ağdamın şəriksiz sahibinə çevrilib. Ona məxsus olduğu iddia olunan maddi varlıqlar siyasında Rayonun gözəgəlimli yerlərində restoranlar, dükanlar, torpaq sahələri, fermalar və digər məmur maaşı ilə əldə olunması mümkün olmayan ticarət obyektlərinin adına rastlamaq mümkündür.

Təbii ki, uzun illər oturduğu kreslonu qorumağı bacaran Hafiz Əzimzadə artıq bu siyahını uzatmaq üçün kreativ vasitələrə əl atır. Məsələn Prezident İlham Əliyevin məmurlara xəbərdarlığından sonra Quzanlı-Xındırıstan yolunda tikdirdiyi “Lider” restoranının yerləşdiyi ərazini Hafiz adlı bir şəxsin adına sənədləşdirməklə təkcə ölkə başçısını deyil, həm də özünü aldatmağa çalışıb.

Bundan əlavə, onun Quzanlı qəsəbəsində inşa etdirdiyi «Vağzal» binasını və Çay Evini göstərmək olar. Əzimzadəninin Bərdə rayonunda, Yuxarı Qarabağ kanalının yaxınlığında olan və yüz hektardan artıq ərazini əhatə edən fermasının dəyərinin bir neçə milyon manatdan artıq olduğu da əldə etdiyimiz məlumatlar arasındadır. İdarə müdirinin Bakıda sahib olduğu obyektləri və mənzilləri də bura əlavə etsək Hafiz Əzimzadəninin mal varlığın on milyon manatdan artıq olduğu söylənə bilər.

Bu yerdə onu da qeyd edək ki, hər il Ağdam Suvarma Sisitemləri İdarəsinə dövlət büdcəsindən üst-üstə milyon manatlarla çox vəsait ayrılıb ki, bu pulların da yalnız bir hissəsi aidiyyatı üzrə xərclənib. Ayrılan pulun böyük hissəsi isə müxtəlif MMC-lər vasitəsi ilə silinərək Hafiz Əzimzadənin cib xərclərinin ödənilməsinə sərf olunub.

Onu da deyirlər ki, sabiq icra başçısına yarınmaq üçün “Ağdam Çay” evini də Suvarma Sistemləri İdarəsinin müdiri Hafiz Əzimzadə tərəfindən tikdirib. Adı çəkilən çay evinin tikintisi idarə müdirinə 120 min manata başa gəlib. “Ağdam Çay” evinin açılışı zamanı tikilinin iş adamı Nizami Quliyev tərəfindən aparıldığı qeyd olunub.

Araşdırmamız zamanı məlum olub ki, Nizami Quliyev idarə müdiri Hafiz Əzimzadənin dayısıdır və çay evinin açılışı zamanı onun adı formal olaraq iş adamı kimi çəkilib. Çünki həmin çay evi və rayon avtovağzalı Hafiz Əzimzadənin dayısının adına keçirilib. İdarə müdiri bir neçə ildir ki, rayon avtovağzalını özəlləşdirib.

Ardı var.

Mozalan.az

Related Articles

+994 50 295 94 79
top