Balababa Rzayev 10 milyonluq villalara necə sahiblənib-VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Həmişə dar qapıdan keçin. Geniş yol və qapılar insanları şirnikləndirir və onları uçuruma aparır.

Yerdə özünüzə var-dövlət toplamayın, həmin var-dövləti ya başqaları yeyəcək, ya da oğrular götürəcək. Bunun əvəzində digər dünyanız üçün var- dövlət toplayın, orada toplanan var-dövlət nə yeyilir, nə də oğurlanır.

Dünyaya işıq düşdü, insanlar qaranlığa qaçdılar. Çünki əməlləri pis idi. Pislik edənlərin hamısı işığa nifrət edir və etdikləri ortaya çıxmasın deyə işığa gəlmirlər.”

(Həzrəti İsanın kəlamları)

Söhbət işıqdan düşmüşkən, bizdə nəinki adi adamlar , ölkəyə işıq verən qurumun rəhbəri də qaranlığa qaçır. Nə dar qapıdan keçməyə həvəslidi, nə də var-dövlət yığmamağa.

Söhbət AZƏRENERJİ rəhbəri Balababa Rzayevdən gedir. Bu vəzifəyə təyin olunmamışdan da kifayət qədər biznesə malik edi.

Azərbaycanda ailə biznesinin olduğu məmurlar sırasında olan Balababa Rzayev elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər olan bir çox sahələr nəzarət etdiyi bildirilir. Bu sahələrdə monopoliyanı bir neçə ildir ki, əlində saxlayan Balababa Rzayev həm də rəsmən səhmdardır. “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə, 70 faizi Baba Rzayevə, 30 faizi onun ailə üzvlərinə məxsusdur.

Qeyd edək ki, “Santral Elektrik” LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Balababa Rzayevin qardaşı rəhbərlik edirdi. Əvvəllər “Bakelektro” ASC-nin icraçı direktoru olan Balababa Rzayev yeni vəzifəsinə təyinatdan snra bu şirkətdəki vəzifəsini qardaşı Emin Rzayevə transfer edib. Məhz bu şirkət dünyaca məşhur şirkətlərin Azərbaycandakı rəsmi distrübütorudur. Söhbət “Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), Philips, Osram “Dewallt”, “Massive” kimi şirkətlərdən gedir.
“Azərişıq” ASC –yə rəhəbrlik etdiyi ilk dönəmlərdən başlayaraq bu sahədəki tender bazarında da ancaq özü ilə hansısa formada əlaqələrin olduğu şirkətlərə üstünlük verən Balababa Rzayevin bu yolla qazandığı milyonların hesabatını aparmaq çətindir.
Bir müddət öncə isə sosial şəbəkədə onun bağ evlərinin, daha doğrusu on milyonluq villalarının görüntüsü yayılıb.

Baxın, adi məvaciblə bunlara sahib olmaq olarmı?

Mozalan.az

 

Related Articles

+994 50 295 94 79
top