Qazdan istifadə qaydaları dəyişdi – YENİ ŞƏRTLƏR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Nazirlər Kabineti “Qazdan istifadə Qaydaları” və “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişikliklər edib.
Sənaye qaz qurğularının istismara buraxılması Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin verdiyi icazə əsasında həyata keçirilir.
Qaydalara edilən dəyişikliklərə əsasən, enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi aşağıdakı sənədlər əsasında həyata keçirilir:
– qaz paylayıcısının verdiyi texniki şərt;
– Enerji Məsələlərini Tənzimləmə Agentliyi və qaz paylayıcısı ilə razılaşdırılmış qaz təchizatı layihəsi;
– tikinti-quraşdırma işlərini aparmış şəxslə istehlakçı arasında təhvil-təslim aktı;
– buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt;
– quraşdırılmış sənaye qaz qurğularının texniki pasportları;
– qaz sayğacının quraşdırılması aktı.
Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda etdiyi dəyişikliklərə əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən10 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir:
– ETM-in və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;
– Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ETM ilə razılaşdırılmış enerji təchizatı layihəsi;
– tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;
– elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;
– kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;
– transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;
– elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı;
– elektrik sayğacının quraşdırılması aktı.

Related Articles

+994 50 295 94 79
top