Siyavuş Novruzov Rusiyadakı azərbaycanlı milyarderləri ittiham etdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələr Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir”

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov Azərbaycan-Rusiya münasibətlərindən danışıb. Bizimyol.info xəbər verir ki, Azərbaycan-Rusiya arasında çox gözəl münasibətlər var: “Ermənistanda hər zaman iqtisadi-siyasi vəziyyət ağırlaşan kimi dərhal Naxçıvan məsələsi ortaya çıxır. Vaxtilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakı- Tbilisi -Qars müqaviləsinin vaxtı uzadıldı və ölkələr də buna imza atdı”.

O bildirib ki, dövlət başçıları, xalqlar, millətlər arasında münasibətlər aydındır. “Bu gün Azərbaycan-Rusiya arasında çox gözəl münasibətlər var. Lakin bundan bəhrələnən kimlərdir? Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur, niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər? İrəvanda keçirilən məlum toplantıda (“Lazerev klubu”nun iclasını nəzərdə tutur-red) erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orda kimlər tədbirlər edir? Axı siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz?”.

S. Novruzov söyləyib ki, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələr Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir.
“Rusiya parlamentində bir dənə Zatulin var. Amma minlərlə o cür başqaları var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeyi dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz məsuliyyətlərini dərk etməlidirlər”.

Related Articles

+994 50 295 94 79
top