Lerik hərbi komissarı gündəmdə: Cəniyev-Hacıyev birliyindən iddialar…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Lerikin hərbi komissarı son həftələr mətbuat səhifələrini, elektron medianın manşetlərini, sosial şəbəkələrdə yayılan informasiyaları “bəzəməkdədir”

Onun barəsində müxtəlif iddialar səslənməkdədir. Son olaraq xeberfakt.az yazıb. Sayt qeyd edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik şöbəsindən şikayətlərin ardı-arası kəsilmir. 

Feysbukda yazan şikayətçilərdən biri yazıb ki, Lerik Hərbi Komissarlığına ayaq döyür: “Ancaq xəstə uşağımın sənədin ala bilmirəm.Komissar və işçiləri məni get-gələ salıblar. 

Dəfələrlə komissarın işçisi leytnant Hacıyevlə görüşümə baxmayaraq problem həllini tapmayıb. Çünki onlar istədiyi şirinliyi verməyə gücüm çatmır”.

Sayt yazır ki, Xidmətin Lerik şöbəsində qanunsuzluq baş alıb gedir. Şöbənin rəisi Fuad Cəniyev təyin olunandan burada bazar qaydaları tətbiq olunur. Həqiqi hərbi xidmətə yararlıgənclər maddi maraqlar naminə ordudan yayındırılır. 

İmkanı olan şəxslərin uşaqları təkrar tibbi müayinədən keçmək üçün bildirişə 300 manat alaraq MRX-na, imkansızlar isə Bakıda yerləşən hərbi hospitallara göndərilir. 

Buda rayon hərbi komissarlığında şıdırğı rüşvət yığımına şübhələr yaradır. Şöbə rəisinin əsas adamı sayılan İsmət Hacıyev qeyri-rəsmi işləri həll etməklə məşğuldur.

Hətta İ.Hacıyev bəzi hallarda təkrar tibbi müayinədən keçmə vaxtı gələnlərin evinə qədər gedərək, komissarlığa gəlmələrini, yoxsa ciddi tədbir görüləcəyini deyərək hədələyir. 

Buna nümunə olaraq yaxın aylarda İ.Hacıyev birinci dəfə təkrar tibbi müayinədən keçməyə çağrılan yerli sakindən 350 manat verəcəyi halda məsələni yerindəcə həll edəcəyini bildirib. Hacıyev 3-4 min manata isə hərbi bilet təşkil edir. 

Təbii ki, özbaşına deyil. Sadəcə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində hansı vəziyyətin hökm sürdüyünü ortaya qoyur. 

SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimovun uğursuz kadr siyasəti külli miqdarda yeyintilərin olmasına dair söylənilən faktlar, gətirilən misallar və digər digər deyilənlər, dövlətin müdafiəsində duran ordunun formalaşmasına birbaşa məsul olan bir qrumun acınacaqlı bir vəziyyətə salınmasına bir işarədir.

SHXÇDX-nin yerli şöbələrində çağrışçıların böyük əksəriyyətini hansısa xəstəlik adı ilə respublikanın paytaxtında yerləşən klinikalara, xəstəxanalara göndərilməsi birbaşa hərbi xidmətdən yayınmaya hesablanmış gedişdir.

Çünki çağırışçı bu cür gərəksiz yoxlamalardan keçməmək və keçərək qarşı tərəflə hansısa narazılığa gəlməyə münbit şərait yaradır.Bu sistem məhz Arzu Rəhimovun SHXÇDX-nin başına gətiriləndən sonra təşkil olundu.

Hansı ki, yerli tibbi komisyanın verdiyi rəydən sonra, paytaxta göndərilənlərin böyük əksəriyyəti yenidən bir müddətdən sonra hərbi xidmətə yola salınır. 

Bunların arasında bu “get-gəldən”bezən uşağının hərbi xidmətdən yayındırmağa əlinə fürsət düşən valideynlərə bir ismarıcdır. 

Cahan.info

Related Articles

+994 50 295 94 79
top