Şagirdi ilə ailə quran jurnalist Əlibəylini özündən çıxardı: “Bu tipi kim gətirib bura?!” – Video

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 2
    Shares

Xəbər verdiyimiz kimi, jurnalist Mirismayıl Xələflinin “Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişindəki çıxışı qalmaqala səbəb olub. Onun 7-ci sinif şagirdi ilə evlənməsini etiraf etməsi günün müzakirə mövzusuna çevrilib.

Sözügedən proqramın aparıcısı Elçin Əlibəyli jurnalistin etirafını eşitdikdən sonra əsəblərinə hakim ola bilməyib.

O, qəzəbli halda studiyada əyləşən digər qonaqlara, xüsusilə də təhsil eskpertinə bunları deyib:

“Mən burada sakit oturub qulaq asan cənablara baxıram. Siz niyə susursunuz və niyə danışmırsınız? Siz ziyalı olmaq iddiasındasınız. Nə vaxt səsiniz gələcək?! Gərək həmişə, hər verilişdə mən danışım ki, sonra desinlər ki, Elçin Əlibəyli qonaqları ilə kobud rəftar edir? Bu insana özgə nə deyəsən?!”

Daha sonra jurnalist Mirismayıl Xələfli dediyi sözlərə bəraət qazandırmağa çalışıb:

“17 yaşına çatandan sonra ilə qurmuşam. Qız qohumum idi. Bu, mənim şəxsi fikrimdir. Elçin müəllim, sizin ananız sovet dövründə oxuyub. İndi bugünkü dövrdə tamam fərqlidir. Cəmiyyətdə başqa cür proseslər gedir. Uşaq valideynin nəzarəti altında oxumalıdır, dərsə gedib-gəlməlidir. Uşağı ucqar kənddən göndərirlər Bakıya. Valideyn maraqlanmır. Niyə mənimlə razılaşmırsınız?”

Jurnalisti “feodal tip” adlandıran Əlibəyli bunları əlavə edib:

“Təhsil alanlar əxlaqsızdırlar? Biz nə vaxta kimi ki, bu neqativləri, eybəcərlikləri gizlədiriksə, onlar cəmiyyətdə xərçəng xəstəliyi kimi yayılır və cəmiyyətimizi xəstələndirir. Burada belə insanlara ictimai qınaq olmalıdır. Tamaşaçı görməlidir ki, bu insanların hərəkəti həqiqətən nəinki mədəniyyətə, nəinki ağıla, nəinki şüura, ümumiyyətlə, cəmiyyəyə ziyandır. Mən artıq özümü həqiqətən cilovlaya bilmirəm. Mən təsəvvür edə bilməzdim ki, mətbuatda olan insan bu cür təfəkkürdə olsun.Mən bunu ağlımın ucundan da keçirmirdim”. (baku.ws)

Related Articles

+994 50 295 94 79
top