Vətəndaşın sənədli mülkü qanunsuz şəkildə başqasının adına keçirilib

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 1
    Share

Bakıda vətəndaşın sənədli, sübutlu mülkü qeyri-qanuni şəkildə başqasının adına rəsmiləşdirilib.
Bu barədə Qaynarinfo-ya mülkün həqiqi sahibi Şoşanova (Mustafayeva) Emma Ələkbər qızı məlumat verib. Onun sözlərinə görə, 2006-cı ildə həyat yoldaşı Mustafayev Ramiz Yaqub oğluilə rəsmi nikahları pozulduqdan sonra, qarşılıqlı iddia ərizəsi əsasında birgə yaşayış dövründə alınan mülklər tərəflər arasında barəbar şəkildə bölünüb. Siyahıda 24 kv. metr sahəsi olan qaraj da olub.
Lakin həmin obyekt Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin 19.03.2009-cu il tarixli, i/k-8 saylı məktubu ilə 30.03.2007-ci il tarixli etibarnamə əsasında 29.05.2007-ci il tarixdə Şahverdiyev İlyas Əziz oğlunun icarəsinə verilib. Suraxanı rayon icra başçısının 17.03.2009-cu il tarixli 77 saylı sərəncamı ilə isə qaraj həmin şəxsin adına rəsmiləşdirilib.
Şikayətçi Emma Mustafayeva bu məsələdən sonra ona məxsus mülkün qanunsuz şəkildə başqasının adına rəsmiləşdirilməsi ilə əlaqədar verilmiş sərəncamın ləğv edilməsinə dair həm sərəncam verənə, həm də qarajı alana qarşı iddia ərizəsi ilə çıxış edib. İlyas Şahverdiyev də qarşılıqlı iddia irəli sürüb. Lakin məhkəmə Emma Mustafayevanın iddiasını təmin etməyib, Apellyasiya məhkəməsi isə iddianı qismən təmin edib.
“Guya pobyektin qarşı tərəfin adına rəsmiləşdirilməsi keçmiş həyat yoldaşımın verdiyi etibarnamə əasında olub. Lakin məhkəmə çəkişməsinin gedişatında müəyyən olunub ki, belə bir etibarnamə mövcud deyil. Sonrakı illərdə polis və prokurorluq orqanlarının ərizəm əsasında araşdırmaları nəticəsində isə məlum olunub ki, 17 mart 2009-cu il tarixdə Suraxanı İcra Hakimiyyəti tərəfindən İlyas Şahverdiyevə verilən sərəncam saxtadır. Lakin müvafiq qanunvericiliyə görə, şəxsin cinayət məsuliyyətinə cəlb olunma müddəti ötdüyü üçün cinayət işi başlanılmayıb”, – deyə şikayətçi bildirib.
Emma Mustafayeva qeyd edib ki, 2008-ci ildən etibarən İlyas Şahverdiyev ona məxsus təsərrüfat otağına dəfələrlə qanunsuz girərək, əmlakını talayıb. Bu səbəbdən şikayətçi ona vurulmuş maddi və mənəvi zərərə görə ümumilikdə 20 min manat təzminat ödənilməsini tələb edir.

Related Articles

+994 50 295 94 79
top