İcra Hakimiyyətindən Atatürk Parkı ilə bağlı – Açıqlama

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı Şəhər İcra Hakimiyyəti Atatürk Parkında aparılan təmir işləri ilə bağlı açıqlama yayıb.
Qurumdan AZXEBER.COM-a daxil olan xəbərə görə, paytaxtın Nərimanov rayonundakı Atatürk prospektində yerləşən eyni adlı parkda təmir-yenidənqurma işləri aparılır. Bildirilir ki, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan bu parkdakı şərait və vəziyyət günün tələblərinə uyğun deyildi və heç kimi qane etmirdi. “Parkın vəziyyəti ilə bağlı ətraf ərazılərdə yaşayan vətəndaşlardan haqlı narazıliq və iradlar daxıl olurdu. 
Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə parkın əsaslı təmiri və yeniqənqurulması ilə bağlı vətəndaşların istək və arzuları nəzərə alınmaqla yeni layihə sənədləri hazırlanması qərara alınıb. Hazırda parkda təmizlik və yenidənqurmaya hazırlıq işlərinə başlanıb. Yalnız  müvəqqəti və qeyri qanuni fəaliyyət göstərən, günün tələblərinə uyğun olmayan, parkda antisanitariya şəraiti yaradan obyektlər sökülüb, rəsmi mülkiyyət sənədləri olan digər obyektlərin sahiblərinə isə müvafiq yenidənqurmalar aparılması tövsiyə olunub. 
Yeni layihə əsasında parkda vətəndaşların istirahəti üçün lazımı şərait yaradılacaq, uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq və yenidənqurma işlərinin qısa müddətdə başa çatdırılaraq buranın sakinlərin ixtiyarına verılməsi nəzərdə tutulub”. 

Related Articles

+994 50 295 94 79
top