Su və işıq pulu yığımında fırıldaqçılıq – DƏLƏDUZLUĞUN YENİ FORMASI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 21
    Shares

Respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarızə gücləndikcə rüşvətxor məmurların sayı getdikcə azalır. Bu çirkinliyə vərdiş edənlər isə layiqli cəzalarını alrlar. Nağd əməliyyatların qarşısının alınması bu sahədəki nöqsanların sayını getdukcə azaldır. Lakin hələ də rüşvətxorluqdan, başqasının pulunu mənimsəməkdən, dövlət vəsaitini qamarlamaqan əl çəkməyənlərə rast gəlinir. Belələri oz köhnə vərdişlrindən hələ də əl çəkə bilmirlər.

Təəssüf edirik ki, belə özbaşınalıq və dələduzluq halları “Azərişıq” və “Azərsu” Açıq Səhimdar Cəmiyyətlərində hələ də davam edir. Bakının bəzi yerlərində su və enerji sərfiyyatının pulu hələ də nağd şəkildə yığılır. Yığılan vəsaitə görə qəbz verilmir. Həmin pulların isə hara sərf olunması aydın məsələdir.

Belə hallardan biri də Bakınln Xətai rayonunda yerləşən Gəncə prospektindəki 29/31 nömrəli hündür mərtəbəli yaşayış binasındadır. Binanın sakinləri deyirlər ki, artıq 3 ildir ki, onlardan işıq və su pulunu nağd şəkildə yığırlar və bunun əvəzində qəbz verilmir. Qəbz tələb etdikdə isə pulu yığan Ayxan və Elçin adlı şəxslər bildirirlər ki, bu tapşırığı “Azərişıq” və “Azərsu” rəhbərliyindən veriblər . Onların deməsinə görə sakinlərdən yığılan su və işıq pulu son qəpiyinə qədər “Azərişıq” və “Azəsu” ASC-yə verilir. Ancaq ümumu məbləğ barəsində də qəbz yoxdur. Sakinlər onlara məxsus sayğacların harada quraşdırıldığını da bilmirlər. İstər su, istərsə də elektrik sayğacına baxmaq istəyən sakinlər hədə-qorxu ilə üzləşirlər.
Binanın sakinlərini narahat edən məsələlərdən biri də işıq və su pulunun onlardan qeyri-əhali kimi yığılmasıdır. Sakinlər bildirlər ki, bu bina 12 mərtəbəli yaşayış kompleksidir və onlar da mənzilləri sənədlə alıblar. Bəs onda nəyə görə enerji və su sərfiyyatı qeyri- əhali kimi yığılır?

Narahatçılığa əsas səbəb odur ki, 3 ildir yığılan işıq və su puluna görə qəbz verilmir. Hər ay sakinlərdən 70-80-100, bəzi hallarda isə 150 manat işıq və su pulu yığılır. Bu pulların hansı göstəriciyə əsasən hesablandığı və yığılan pulların hansı hesaba köçürüldüyün bilən yoxdur. Deyəsən, “Azərişıq” və “Azərsu” pul yığımında təzə “ üsul” tapıblar. Görünür, bu da dələduzluğun və ya vergidən yayınmanın yeni formasıdır.(muxalifet.az)

Oxunub: 1

Related Articles

+994 50 295 94 79
top