Azərbaycan kişiləri evlənəndə ən çox ruslara, ukraynalılara üstünlük verir – RƏSMİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

2018-ci ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 50882 nikaha daxilolma halları, 12396 boşanma halları qeydə alınıb.

Bu barədə modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

R.Süleymanovun sözlərinə görə, hesabat dövründə qeydə alınan 1813 nikah Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında bağlanıb:

“Onlardan 949-u Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 864-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır”.

Şöbə müdiri azərbaycanlıların nikahda üstünlük verdiyi ölkələrin də adını açıqlayıb:

“Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikah bağlayıblar”.

Related Articles

+994 50 295 94 79
top