Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Prezident İlham Əliyevin instaqram səhifəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı video paylaşıb.

Publika.az xəbər verir ki, dövlət başçısının 2010-cu ilin noyabr ayında Mübariz İbrahimovun nəşinin Ermənistandan alınaraq Bakıya gətirilməsi və Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilmiş vida mərasimində çəkilmiş kadrların əks olunduğu video-sujet izləyicilərin böyük rəğbətini qazanıb. Prezident İlham Əliyev həmin gün, hərbçilərin, Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvlərinin qarşısında deyib: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq vətən sevgisi, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir”.

Related Articles

+994 50 295 94 79
top