Ramil Usubov 2 polis rəisini işdən çıxartdı (YENİLƏNİB)

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 7
    Shares

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi Bayram Mazan oğlu Zeynalov tutduğu vəzifədən azad olunub.

Yenilik.az unikal.org-a istinadən xəbət verir ki, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.
Xəbəri Sumqayıt şəhər Polis İdarəsindən təsdiq ediblər.
***12.13
Ağdam rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Məmmədov Vasif Yusif oğlu vəzifəsindən azad edilərək sərəncama göndərilib.
Yenilik.az report-a istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Onun yerinə hələlik təyinat olmayıb.
Bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Related Articles

+994 50 295 94 79
top