Deputat: Nərmin Şahmarzadə dayılarını müdafiə edir

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Milli Məclisdə özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirdiyi fikirlər müzakirə edilib.

Oxu.Az  xəbər verir ki, deputat Fəzail  Ağamalı və Fəzail İbrahimliNərmin Şahmarzadənin fikirləri ilə bağlı sərt çıxış ediblər. 

Deputatlar Milli Qəhrəman haqqında belə aşağılayıcı sözlərin işlədilməsini pisləyiblər. 

F.Ağamalı son vaxtlar ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan, qərəz, təhqir dolu fikirlər ifadə olunmaqdadır: 

“Bu, həm Avropada yerləşən anti-Azərbaycan qüvvələri tərəfindən, eyni zamanda, ən müxtəlif layihələrlə Azərbaycanın bəzi gənclərinin beyinlərinin yuyulması hesabına həyata keçirilir. Dövlət başçısı, ayrı-ayrı məmurlar, deputatlar, ziyalılar, vətənpərvər qüvvələr, xüsusən müqəddəs olan şəhidlərimiz belə təhqir olunur.

Əlbəttə, bütün bunlara qarşı Azərbaycanın dövlət təhlükəsizliyində mühüm rol oynayan hüquq-mühafizə orqanları artıq ciddi hərəkətə keçməlidir, bu cür insanlara qarşı Azərbaycan qanunları çərçivəsində konkret və ciddi addımlar atılmalıdır”.

Related Articles

+994 50 295 94 79
top