“Himnin sözlərinin müəllifi Əhməd Cavad deyil” – Deputatdan şok açıqlama

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Deputat Qənirə Paşayeva Milli Məclisin iclasında himnin dəyişdirilməsi ilə bağlı fikirlərə etiraz edib.  Deputat bildirib ki, cəmiyyətimiz himnin sözlərinin müəllifi Əhməd Cavadın ruhunun narahat edilməsini istəmir. “İllərdir oxuduğumuz himnin sözlərinin kimə adi olub-olmaması barədə polemika var. Cəmiyyətimiz isə Əhməd Cavadın ruhunun narahat edilməsindən narahatdır. Himnimizin müəllifləri olan hər iki şəxs Azərbaycanın və ilk Cümhuriyyətimizin tanınmış simalarıdır. Əhməd Cavadın məzarı belə yoxdur. Onunla bağlı məsələ cəmiyyəti qıcıqlandırır. Bu məsələyə nöqtə qoymalıyıq. Bu himnin müəllifi Əhməd Cavaddır, musiqisi Üzeyir Hacıbəylinindir”-deyə o bildirib. Qənirə Paşayeva deyib ki, mövzunun da polemikaya ehtiyacı yoxdur. “Bu himn cümhuriyyət tarixi ilə yaşıddır. “Hüququndan keçən əsgər” kimi gözəl sözmü var? Himdə elə bir cümlə yoxdur ki, o xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə, bundan sonra da sevib qorumalıyıq”. Deputat Araz Əlizadə isə bildirib ki, himnin sözləri gözəldir, amma müəllifi Əhməd Cavad deyil. “Bu himnin müəllifi Cəmo bəy Cəbrayılbəylidir. Bu faktlarla sübut olunub”. (Modern.az)

Related Articles

+994 50 295 94 79
top