CƏLİLABAD SƏHİYYƏSİ QANQRENA VERİR – ARAŞDIRMA/VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Cəlilabad səhiyyəsi tibbi dildə desək, qanqrena verməkdədir. Artıq Rayon Mərkəzi Xəstəxanasının (RMX)“müalicəsi” yoxdur, onu kökündən kəsib atmaq, yəni köklü dəyişikliklər aparılmasına ciddi zərurət yaranıb. Bunu irəlidə təqdim edəcəyimiz faktlar təsdiqləyəcək…

Ondan başlayaq ki, yerli sakinlər Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həyəcan təbili çalaraq baş həkim İlham Əliyevitəftişə çağırırlar.

Baş həkim İlham Əliyev prezident İlham Əliyevdən fərqli olaraq, adaşının yolu ilə getmir, vətəndaşların qayğısına qalmır, xəstəxananı rüşvətin cənginə verib.

Bunun nəticəsidir ki, bir tərəfdə pulsuz xəstələrə baxılmır, digər tərəfdə pulu olan xəstəni soğan qabığı kimi soyurlar, o yandan hərbi xidmət, pensiya ilə bağlı tibbi arayışlar bazarı açılıb, bu da azmış kimi, baş həkim tender şirkətlərinin əli ilə külli miqdarda vəsaitləri külə döndərib.

Gəl ay müştəri, əlillik bazarına: 3-5 min manat

Reportyor.info-nun araşdırmaları zamanı əvvəlcə məlum olub ki, Cəlilabad RMX-da tüğyan edən əsas rüşvətxorluq saxta əlillik dərəcələrinin təyin olunması ilə bağlıdır.

Baş həkim İ.Əliyevin öz “Tarif Şurası” var və qiymətləri istədiyi şəkildə müəyyənləşdirib. Guya bəhanə edir ki, aldığı pulların bir qismi nazirliklərə gedir.

Sakinlərin verdiyi xəbərə görə, baş həkimin xəstəlik pensiyası almaq istəyənlər üçün təyin etdiyi məbləğlər 3000-5000 manat civarında dəyişir.

Belə ki, 1-ci qrup üçün 5000, 2-ci qrup 4000, 3-cü qrup isə əlillik qiyməti 3000 manatdır. İ.Əliyevin rəhbərliyi altında xeyli sayda insana rüşvət müqabilində əlillik arayışı verildiyi bildirilir.

Hətta cəlilabadlı oxucularımız onların ad-soyadlarının siyahısını da yaxın günlərdə redaksiyamıza göndərəcəklər. Lakin ilk növbədə Sahil Babayevin nazirlikdən komissiya göndərərək Cəlilabad RMX-nı təftiş etdirməsinə ciddi zərurət var.

Çünki bir müddət əvvəl Qarabağ döyüşçüsü olmuş Çingiz Təhməzov da “Kanal 24”-ə video müsahibəsində təsdiqləmişdi ki, Cəlilabadda həkimlər pensiya üçün rüşvət istəyirlər.

Onun özündən 8 min manat istənilmişdi və çarəsiz qalan vətəndaş hara şikayət etsə də, müraciətinə baxılmamışdı.

Tarlaya gedən ambulans və ruhi xəstədən rüşvət tələbi

Cəlilabad səhiyyəsindəki bu anarxiyanın davamı isə ilin əvvəlində yayılan videoda öz çılpaqlığı ilə öz əksini tam şəkildə tapırdı.
Kadlardan da görünürdü ki, İlham Əliyevin baş həkim olduğu Cəlilabad RMX-da özbaşınalıq, dərəbəylikdir, xəstəya baxan yoxdur, ambulans istəyən xəstə yaxınına isə deyilir ki, təcili tibbi yardım maşını fəhlələri sahəyə aparıb (?).

Nə gözəl xəstəxanadır, ambulans tarlaya işləyir, halı pisləşənə yox! Baş həkimi tələb edən xəstə yaxınını isə yalnız sakitləşdirməyə çalışırlar.

Süjetdə bildirilir ki, xəstəxananın reanimasiya şöbəsinin girişinə lövhə belə vurulmayıb ki, vətəndaş hansı şöbəyə gəldiyini bilsin.

Rayon sakini Əliqismət Qasımov isə bolgetv-yə baş həkim İlham Əliyevin ondan pul istədiyini söyləmişdi. Şikayətçi əsəb xəstəliyindən əziyyə çəkir, Şorsulu və Lənkəran ruhi dispanserlərində yatıb. Ailəsinin on baxmağa imkanı daha çatmır.

Əliqismət əlindəki kağızları təqdim edib, pensiya düzəldilməsini istəyib, di gəl ki, baş həkim ruhi xəstədən rüşvət istəyib.
Bir sözlə, Cəlilabad RMX qanqrena olub və səhiyyə naziri Oqtay Şirəliyevin bu sağalmaz yeri kəsib ataraq, yeni kadrlarla əvəzləməsinə ehtiyac müşahidə edilir.


Doğum şöbəsində bazar və aprel döyüşçüsündən rüşvət istəyir

Hələ biz doğum şöbəsində nələr baş verdiyini demirik. Kadrlarla tanış olanda şahid olacaqsınız ki, doğum şöbəsinin baş həkimi oranı necə bazara çevirib. Hətta işçilərdən biri burda hamının bir-birini dolandırdığını, rüşvət alındığını etiraf edir.)

Cəlilabad RMX-da özbaşınalığın, açıq bazarın ən dəhşətlisi və kulminasiya nöqtəsi isə baş həkimin aprel döyüşçüsündən haqq istəməsidir.

Biz sadəcə video görüntüləri tək-tək, faktlarla təqdim edirik ki, oxucular deyilənlərə özləri şahid olsunlar, hər hansı fantaziyadan, uydurmadan söhbət getmədiyini görsünlər.

Beləcə aydın olur ki, Cəlilabadın baş həkimi İlham Əliyev özünə bahalı təzə mülk necə alıb, həyətindəki maşın kolleksiyasına hansı vəsaitlə sahiblənib.


Baş həkimin tenderləri “əməliyyatı” – Siyahı

Ən sonda Reportyor.info bu il Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında görüləcək işlər üçün hansı MMC-lərə nə qədər vəsait ayrılmasının siyahısının bir hissəsini təqdim edir, qalanı növbəti araşdırma materiallarımızda təqdim ediləcək:

Belə ki, sosial mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri işlərinə “İnşaat-31” MMC-yə 53927.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Cənub Tibbi Təchizat MMC Avadanlıqlar 76424.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Miraj Mebel MMC İnventarlar 73725.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Sey.A MMC Dəftərxana və təsərrüfat malları 62261.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası İnşaat-31 MMC Cari təmir işləri 40705.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Xəzər FD MMC Digər maşın və avadanlıqlar 37147.00

Cəlilabad Rayon Mərkəzi XəstəxanasıXəzər FD MMC Yumşaq inventarlar 41428.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası NFİ MMC Digər nəqliyyat xidmətləri 9050.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası F/Ş: Abbasov Musa Şahin oğlu İdarənin digər xərcləri üzrə 32251.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası NFİ MMC Mətbəə blankları 6540.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Sözün İşığı MMC Ciddi uçot blankları və kitablar 4488.00

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Azmedstat MMC Tibbi forma və jurnallar 6480.00

Bütün bu tender məlumatları ilə bağlı əməkdaşımız baş həkimlə əlaqə saxlayıb və İ.Əliyev saytımıza açıqlamasında bildirib ki, siz niyə tenderlərlə maraqlanırsınız, biz Səhiyyə Nazirliyinə lazımi məlumatı veririk.


Reportyor.info

Related Articles

+994 50 295 94 79
top