Deputatın 50 milyonluq villaları təhlükə yaradır – GİLEY

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Göyçay şəhəri, H.Hacıyev küçəsi ev 31 sakini Həsənov Seyran Əmiraslan oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:

“Hörmətli Prezident, cənab İlham Əliyev!

Azərbaycan xalqı sizin ədalətlinizə inanır. Siz olmasanız, bəzi harın vəzifəli, imkanlı şəxslər xalqı tapdalayar. Belələrindən biri də əslən Göyçay rayonundan olan, Şamaxıdan deputat seçilmiş Elxan Süleymanovdur.

Elxan Süleymanov bir neçə il bundan əvvəl Göyçay çayının düz ortasında 6 möhtəşəm villa inşa etdirib. Hətta həmin villaları elə inşa ediblər ki, Göyçay çayı həyatyanı sahəyə düşüb. Elxan Süleymanovun bu vilları inşa edilən zaman çayın hövzəsi daraldılıb ki, nəticədə də hamının bildiyi kimi fəlakət oldu, Göyçay körpüsü uçdu.

İndi həmin villalar uçmasın deyə Elxan Süleymanov çayın məcrasını dəyişdirmək istəyir. Buna görə deputat Elxan Süleymanov çayın hövzəsini dəyişdirmək üçün əl-ayağa düşüb. O, istəyir ki, Göyçay çayının məcrası villalar olan yerdən dəyişdirilib, bizim yaşadığımız əraziyə salınsın. Buna görə 50 dən çox evin sökülməsi gözlənilir. Elxan Süleymanov deyib ki, mənim 6 villamın ümumi dəyəri 50 milyon manatdan çoxdur, ancaq həmin ərazidə olan evlərin ümumi dəyəri 1 milyon manat etmir. Buna görə də həmin evlər sökülüb, Göyçay çayının məcrası oradan salınmalıdır. Bu harınlıq, qudurğanlıqdır ki, Elxan Süleymanov edir. Çünki bu evləri bizim ata-babalarımız halal zəhmətlə, alın təri ilə qazanılmış pulla inşa ediblər, bura bizim ata yurdumuzdur. Burada 50 dən çox ev var, 300 nəfərdən çox insan yaşayır. Ancaq Elxan Süleymanov isə cinayət yolu ilə əldə etdiyi haram pullar hesabına bu 6 villanı inşa etdirib. Elxan Süleymanovun belə villaları Azərbaycanın çox yerində var. Demək olar ki, o, bura ildə bir dəfə gəlir. Biz isə kasıb insanlarıq, zəhmət hesabına qazandığımız qəpik-quruş pulla ailəmizi güclə dolandırırıq. Elxan Süleymanovun kasıb kütləyə aşağıdan yuxarı baxması onun harınlamağından xəbər verir.

Deputat Elxan Süleymanov yaxın günlərdə evlərimizin sökülməsi məsələsini gündəmə gətirmək istəyir. Göyçay çayının hövzəsindəki problemin kökü bu deputatın qanunsuz inşa etdirdiyi 6 möhtəşəm villada axtarılmalıdır. Həmin villalar ki, onlar inşa edilən zaman Göyçay çayının hövzəsi daraldılıb. Buna isə ekspert və ya istintaq lazım deyil, adi gözlə baxanda aydın görmək olur. Elxan Süleymanovun haram yolla qanunsuz inşa etdirdiyi 6 villası biz göyçaylılara qənim kəsilib.

Biz Göyçay rayon sakinləri isə təklif edirik ki, göyçaylıları gələcəkdə seldən, daşqından qurtarmaq üçün harın deputat Elxan Süleymanovun haram yolla qanunsuz inşa etdirdiyi 6 villası sökülsün. Bundan sonra gələcəkdə baş verə biləcək təhlükənin qarşısı alınmış olacaq.

Biz Göyçay rayon sakinləri, möhtərəm prezident cənab İlham Əliyevdən xahiş edirik, deputat Elxan Süleymanovun çirkin niyyətinin qarşsının alınmasına tapşırıq verəsiniz və onun qanunsuz inşa etdirdiyi 6 villanın sökülməsinə göstəriş verəsiniz.

Oxunub: 49

Related Articles

+994 50 295 94 79
top