ELDAR ƏZİZOV BAKIDA İŞSİZLİK YARADIR?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 8
    Shares

Bakı Şəhər İcra Hakimiyyətinin 4 qurumu – Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti,  Bakı Şəhər Kino Xidməti İdarəsi, İqtisadiyyat Komiəsi və Bakı Şəhər Ekspertiza Mərkəzi ləğv edilib. Bununla bağlı şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov əmr imzalayıb. Bununla bağlı redaksiyamıza meriyadakı mənbələrdən məlumat daxil olub.

E.Əzizovun bu sərəncamı meriyada təəccüblə qarşılanıb. Çünki qurumların ləğv ilə bağlı sərəncam işçilərə təqdim edilməyib. İşçilər bundan xəbərsiz olub və işə gələrkən onlara bildirilib ki, binaya daxil ola bilməzlər, çünki işlədikləri departament ləğv edilib. Bu işçilərdə şok yaradıb.  Ləğv edilən departamentlərdə 65 işçi çalışıb – deyə mənbə vurğulayıb.

Qanunvericiliyə görə, bu halda Əmək Məcəlləsinin 70 b maddəsi ilə (ştatların ixtisarı),  əgər departament ayrıca müəssisədirsə  70a (müəssisənin ləğvi) ilə işçilərin əmək müqaviləsinə xitam verilməlidir. Mümkün halda onlar başqa yerlərdə yerləşdirlməlidir. Bu zaman staj, təcrübə və simtiyazalar nəzərə alınmalıdır.Xitam qaçılmazdırsa onda həmin müəssisədə işləmə müddətindən asılı olaraq kompensasiya almalıdırlar.

Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə)uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

bir ilədək əmək stajı olduqda –orta aylıq əmək haqqı miqdarında;

bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında;

beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

on ildən çox əmək stajı olduqda– orta aylıq əmək haqqının azı iki misli miqdarında.

Mənbənin bildirdiyinə görə, Əmək Məcəlləsinin bu müddəaları kobud şəkildə pozulub və 65 əməkdaş faktiki olaraq kobud şəkildə, heç bir xəbərladıq olmadan binaya buraxılmayıb. Bu kobud qanun pozuntusuna görə, prezidentə şikayət məktubu hazırlanır. İxtisara düşən 65 əməkdaşın əksəriyyəti təcrübəli dövlət məmurlarıdır.

Maraqlıdır ki, dövlət başçısı Eldar Əzizovu Bakı şəhərindəki problemləri həll etmək üçün icra başççısı təyin etdiyi halda, yeni başçı yeni problemlər yaratmağa, iş tapmaq çətin olan bir zamanda işsizlər ordusu yaratmaqla məşğuldur. Təbii ki, E.Əzizov bunu qəsdən etməsə belə, hər halda “islahat” adı altında gördüyü işlər  məhz bu cür nəticələnir. 

Related Articles

+994 50 295 94 79
top